Sizin reklam burada
Sizin reklam burada
  • Pensiya ilə bağlı sığorta stajı uzadılır

    Milli Məclis pensiya ilə bağlı sığorta stajının müddətinin daha 3 il uzadılmasına dair layihəni I oxunuşda müzakirəyə çıxarıb.
    Layihəni komitə sədri Musa Quliyev təqdim edib.
    Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.
    Ancaq təklif olunan dəyişikliyə əsasən, sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur.
    Layihənin qeyd hissəsində göstərilib ki, sözügedən dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
    Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ