Sizin reklam burada
Sizin reklam burada

Laçın şəhəri, Zabux və Sus kəndlərinə qayıdacaq sakinlərin sayının dəqiqləşdirilməsi, məşğulluğu üçün tədbirlər görülür

Laçın şəhəri, Zabux və Sus kəndlərinə qayıdacaq sakinlərin sayının dəqiqləşdirilməsi, məşğulluğu üçün tədbirlər görülür Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Zabux və Sus kəndlərinin sakinlərindən bir qrupu ilə görüş keçirilib.
Komitədən verilən məlumata görə, ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüş iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsini misilsiz tarixi hadisə kimi dəyərləndirərək, qazanılan Qələbənin keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışına imkan yaratdığını bir daha dərin minnətdarlıq hissi ilə vurğulayıblar. Qeyd olunub ki, Ermənistanın döyüşsüz təhvil verməyə məcbur olduğu Laçın rayonunda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə qanunsuz məskunlaşdırılmış ermənilərin hazırda oradan köçürülməsi 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanat çərçivəsində həyata keçirilir. Bildirilib ki, bununla əlaqədar olaraq dövlətimizin başçısı otuz ilə yaxındır məcburi köçkün vəziyyətində yaşayan Laçın şəhəri, Zabux və Sus kəndləri sakinlərinin qayıdışa hazırlanması barədə tapşırıq verib.
Ötən müddət ərzində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən razı qaldıqlarını deyən görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya, indi isə doğma yurda qayıdışa hazırlığın başlanmasına görə Prezident İlham Əliyevə, hər zaman böyük dəstəyinə güvəndikləri Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ