Sizin reklam burada
Sizin reklam burada
  • Bakı metropoliteni gedişhaqqı ilə bağlı Tarif Şurasına müraciət etməyib - Bəxtiyar Məmmədov

    Bakı metropoliteni gedişhaqqı ilə bağlı Tarif Şurasına müraciət etməyib - Bəxtiyar Məmmədov


    “Bakı Metropoliteni” QSC metropolitendə gedişhaqqı qiymətlərini tənzimləmir və belə bir səlahiyyəti yoxdur. Tənzimləmə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının səlahiyyətinə daxildir.

    Bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    O bildirib ki, gedişhaqqı ilə bağlı Bakı metropoliteni Tarif Şurasına müraciət etməyib.

    "Ümumiyyətlə, bildirmək istəyirik ki, “Bakı Metropoliteni” QSC aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən, maliyyə hesabatını təqdim edir. Bununla belə, gedişhaqqı qiymətlərinə yenidən baxılaraq tənzimlənməsi barədə “Bakı Metropoliteni” QSC-dən aidiyyəti qurumlara müraciət ünvanlanmayıb", - B. Məmmədov deyib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ