Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd kənd Folklor Evinin nəzdində fəaliyyət göstərən “Adıgün” Türk Xalq Folklor kollektivini Şuşa şəhərində keçirilən V Xarıbülbül Beynəlxalq Folklor Festivalında uğurlu iştirakı ilə əlaqədar qəbul etmişdir. Qəbulda Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə iştirak etmişdir. Səmimi görüşdə Saatlıda yaşayan Axıska türklərinin adət-ənənəsi, folkloru, milli-mənəvi dəyərləri barədə maraqlı fikirlər səsləndirilmişdir. Kollektivə İcra Hakimiyyəti başçısının və Sabirabad Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları təqdim olunmuşdur. Sonda xatirə şəkili çəkdirilmişdir.