Sizin reklam burada
Sizin reklam burada

Bəradər SƏMƏNDƏRLİ-55

Bəradər SƏMƏNDƏRLİ-55 Dəyərli həmkarımı ömrünün 55-ci dayanacağında könül duyğularımla, qəlbən təbrik edirəm!

.. Təxminən 25 il "ATRİBUT"un dərin zəkalı həssas, kamil tərbiyə almış baş redaktoru Azərbaycan mediasının yüksək mənsəbli hamiləri.., hadisələrin necə inkişaf edəcəyini bilmədiyinə (bilmədiklərinə) görə, dilini dişlərinin arasında möhkəm sıxıb saxlayırdı. Açığını deyək ki, həm yazılı, həm də elektron KİV nümayəndələrinin əksəriyyəti cəmiyyətdəki məmur-vətəndaş münasibətlərini qapalı saxlayır, hadisələri şənlik ruhunda təsvir edir.
"ATRİBUT" qəzetinin səhifələrində isə dünyadakı və Vətəndəki hadisələr olduğu kimi çap olunar, oxucu müracətləri açlqdan-açığa verilərdi. Bəlkə də "ATRİBUT" qəzetinin baş redaktoru Bəradər Səməndərli heç gözləmirdi ki, nə vaxtsa, onun şəxsiyyəti ilə bu qədər maraqlanacalar.
Əli Məhəmmədəli oğlu Həsənovun qılıncının sağ və sol tərəfinin kəsiciliyinin itiliyinə şübhə etməyənlər yaxşı xatırlayır ki, 2017-ci ilin iyun ayında Natella Asenaya ayrılan bir səhifəlik yazı (müsahibə) anşlaq yaratdı. O zaman Bəradər Səməndərliyə verilən suallar fitnəkarlıq ruhu qoxuyurdu. Təcrübəli jurnalist Bəradər Səməndərli ona verilən suallara təmkinlə, ətraflı cavab verirdi.
Qamətli, zövqlə geyinən, dərin zəkalı, həsas, kamil tərbiyə almış Bəradər müəllim redaksiyaya xüsusi tapşırıqla göndərilən adamları (?! ) həlim yumorla şeir dili ilə sakit edə bilirdi. Təcrübəli qələm adamı yanına göndərilən zümrələri başa düşürdü. Necə deyərlər, Əli Həsənov xofu, qoxusu onları əzmiş, ruhdan salmışdı. Onların sual-cavablarından sonra bu sifatişli "qonaqların" hər biri belə qət elədi ki, "ATRİBUT"un rəhbəri əsl H.B.Zərdabi davamçısıdır, məlahətli müsahib, şən, çap elədiyi yazı və müsahibələrin həqiqətə dayandığına arxayındır; sakitdir, təmkinlidir, qüdrətli insandır. Bəradər Səməndərli lovğallq azarına tutulmuş, qorxaq və laqeyid, hər hansı mühitə uyğunlaşan, vicdanı ilə sazişə gedənlərdən fərqli şair, fərqli jurnalistdir.
Yeri gəlmişkən, deyək ki, jurnalist bütün qurumlarla sıx əlaqə yaratmağı (bacarmalı), çox incə şəkildə dünyadakı siyasi meyillər haqqında bütün vasitələrlə müfəssəl məlumat almağı bacarmalıdır !
Bu gün Azərbaycan Respublikası Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cinayət işinin ədalət mühakiməsi davam edən Vüqar Səfərli və qeyrilərinin sırasında Əli Həsənovun da adı hallanır. Vaxtilə "cızma qaraları üzərində bir növ yüksələn" bəzi media mənsubları Əli Həsənov və digərlərinin (qeyriləri) cinayət xarakterli hərəkətlərini görmürdülərmi?!
Jurnalist öz-özünü kənardan müşahidə etməyi bacarmalıdır. Bəradər müəllim məhz belələrindəndir, hər addımını təhlil edə bilən, təbii davranış qaydalarına qadir insandır. Müasir biliklərlə silahlanan, hər bir araşdırma yazısını tədqiqatçı ehtirası ilə qələmə alan KİV nümayəndəsidir. O, yaxşı bilir ki, əsl jurnalist ən təhlükəli cəngəlliklərdən yol açmağı bacarmalıdır. Mürəkkəb, dolaşıq insan münasibətlərindəki yanlış addım fəlakətə gətirib çıxarar. Jurnalist peşəsi xüsusi sayıqlıq, fasiləsiz ayıqlıq təlıb edir. Maneələrlə dolu, əyri-üyrü, dolanbac yol sahiblərinin möhkəm siyasi əqidəsi olmaz! Mənsəb və varlı həyat naminə jurnalistikaya gələnlər-kimə desən qulluq etməyə hazırdır(lar). KİV-ə hamilik edənin, yəni daha güclü çıxanın tərəfində (bütün varlığı ilə) olmaqla fəaliyyət göstərmək xəyalı ilə yaşayanlardan fərqlidir Bəradər Səməndərli!
Bu gün qələm dostumuz Bəradər müəllimin 55 yaşı tamam olur. Düşünürəm bizi bir-birimizə bağlayan nədir?! ÜRƏK DOSTLUĞUDUR. Yüksək mədəniyyətli Bəradər Səməndərli, həm sadədir, həmdə dərinləri görən heyrətamiz məharət sahibidir. Nə mutlu, nə xoş bizə müzəffər Ali Baş Komandanımızı, Ordumuzu, Qəhrəman əsgərlərimizi vəsf edən fədakar jurnalistlərimiz var. Nə xoş bizə "ATRİBUT" qəzetinin səhifələrində şəhidlərimizin, qazilərimizin mübarək döyüş yoluna işıq salan Bəradər Səməndərlinin simasında şair, publisist tanıyırıq.
Əziz dostum Bəradər! İKİ BEŞİN, əlli beşin, yubileyin mübarək olsun! Xöşbəxt olasan. Şükür Allaha övladların böyüyüb. Gün o gün olsun ki, baba statusu alasan. Səni və ailəni sevən, ən xoş arzularlnı məhəbbətlə ifadə edən "Zəfər Qalası" qəzetinin baş redaktoru Natella Asena.
100 yaşa! Amin!
Bəradər SƏMƏNDƏRLİ-55



Natella Asena,
“Zəfər Qalası" qəzetinin baş yazarı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ