Kənd sakinləri ilə də görüşdüm və xeyli problemlərini dinlədim. Əlil arabası xahiş edən ailəyə kömək edə biləcəyik və özlərinə də dedik. Qalan problemləri də elə ayaqüstü açılışda Beyləqanın icra başçısı ilə müzakirə etdim, yenə də müzakirə edəcəyəm. Problemlər varsa, həlli üçün addımlar atılmalı və ya aidiyyətı qurumlar qarşısında ciddi qaldırılmalıdır.
Sakinlər üçün ən ağrılı məsələlərdən biri də, səslərini çatdırmaq üçün tribunalarının, yəni deputatlarının olmamasıdır. 80-ci dairə ləğv edilib. Əslində çox ciddi problemlər doğurur və yaxşı olar ki, vaxtında boş qalan yerlərə də seçkilər keçirilsin.

