Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili Razi Nurullayev yaralı müharibə iştirakçısı Ağayev Eltacı ziyarət etdi

    Millət vəkili Razi Nurullayev yaralı müharibə iştirakçısı Ağayev Eltacı ziyarət etdi Otuziki kəndində yaşayan yaralı müharibə iştirakçısı Ağayev Eltacı ziyarət etdim. 9 aydır ki, müalicə alır, yatağa məhkumdur. Sağ diz qapağı qopub, sağalıb-sağalmayacağı məlum deyil. 24 yaşlı Eltac çətin bir vəziyyətdədir. Oktyabrın 30-u Zəngilanda, Mincivanda yaralanıb. 22 noyabr xəstəxanadan evə dönüb, atası Mahir kişi həmin günü dözməyib ürəktutmasından rəhmətə gedib.
    Anası Nəsibə Ağayeva ikinci qrup əlil olub, onun da pensiyası dayandırılıb. 61 yaşı var. Ata rəhmətə gedib, ananın pensiyası kəsilib, 27 yaşlı qardaşı evlidir, bir dam altında yaşayırlar.
    Ailə çarəsiz vəziyyətdədir. Bir qolu işləmir, bir ayağı pis vəziyyətdə. İndi yalandan deyim ki, qayğı ilə əhatə olunub? Axı mən onlarla müharibə iştirakçısı, o cümlədən Eltacı gördüm ki, ehtiyac içindədir. Amma, milyonlarla oynayanlar var, milyonları oğurlayanlar var. Eltac niyə dövlətindən narazı olmalıdır?
    Belə çıxır ki, Eltac üç il bundan sonra da canı ilə əlləşəcək, pensiya ala bilməyəcək. Bəs o zamana kimi necə yaşayacaq? Onun üçün də Parlamentdə dedim və yenə təkrar edirəm ki, bütün yaralılara 3-5 il müddətində 500-700 Azn arası aylıq pul verilməlidir ki, onlar yaşaya və reabilitasiya oluna bilsinlər.
    Xəstəxanalar da onları incidir, pul vermirlər deyə heç bir müəssisə onları qəbul etmək istəmir. Bu həqiqətdir, kim deyirsə yox, gəlsin sübut edim, qoy utansın. "Yaşat" Fondu isə kömək edib, edir və yönləndirir, lakin bu sadəcə kifayət deyil. Adama qayğı, davamlı qayğı lazımdır ki, canı sağalsın və problemləri həll edilsin. O özü qapı döyməli deyil, aidiyyatı orqanlar gəlib qapısını döyüb maraqlanmalı və kömək etməlidir.
    Bu məsələlərlə bağlı geniş müzakirə lazımdır və bunu təşkil edəcəm və sonunda cənab Prezidentə müraciət ünvanlanacaq. Daha yolumuz qalmayıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ