Sizin reklam burada
Sizin reklam burada

Dövlətin və dövlət qurumlarının da vəzifəsi onlara yardımçı olmaqdır

Dövlətin və dövlət qurumlarının da vəzifəsi onlara yardımçı olmaqdır Deputat Razı Nurullayev

Bu gün bir qrup şəhid ailələri və müharibə iştirakçıları xəbər etmədən Milli Məclisə gəliblər. Xoş gəlib, səfa gətiriblər. Məsələ burasındadır ki, pandemiya ilə əlaqədar görüşə də icazə verilmir. 10-15 nəfəri isə birdən qəbul etmək heç olmaz.
Sağ olsun aidiyyatı qurum və şəxslər, yer düzəldi, qəbul etdim. Fikirlərini və xahişlərini dinlədim və aidiyyatı üzrə də artıq çatdırmışam. Allah bütün şəhid ailələrinə və müharibə iştirakçılarına kömək olsun. Dövlətin və dövlət qurumlarının da vəzifəsi onlara yardımçı olmaqdır. Düzdür bəzi xahişlər uyğunsuz olur, nə etməli, onsuz da Azərbaycanda çox şey uyğunsuz və hətta qanunsuzdur. Hər şeyi qanuni etmək üçün xeyli zaman tələb olunacaq.
Onları qəbul edib dinlədim, eşitdim və bu günlük elə bil ki, mənəvi yükdən azad oldum. Allah hər kəsə kömək olsun!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ