Sizin reklam burada
Sizin reklam burada

Hər kəsin problemi ilə fərdi şəkildə məşğul olmasan, xeyri yoxdur

Hər kəsin problemi ilə fərdi şəkildə məşğul olmasan, xeyri yoxdurRazi Nurullayev
deputat

Şəhid Mayıl Qurbanovun valideynlərini ziyarət etmişdim. Onlar Parlamentə gəlmişdilər, köməkçim Ehtiram Mehdiyev qəbul da etmişdi. Amma, bilirəm ki, hər kəsin problemi ilə fərdi şəkildə məşğul olmasan, xeyri yoxdur. Əminliklə deyim ki, adamın yoxdursa, Aşqabat batan kimi batdın.
Şəhidin iki körpə gül balası var. Hər ikisi da qız uşaqlarıdır. Çox da mehriban və istiqanlıdırlar.
Şəhid ailəsi İmişlinin Xoşçobanlı kəndindəndir. İki körpə qız uşağı və gənc ananın kənddə yaşaması dedilər çətindir və oxumaqları da çətin olacaq. Rayonun özündə torpaq sahəsi istədilər ki, onlara ev tikilsin. Bələdiyyə sədri ilə əlaqə saxladım və həll edildi. Digər problemlərini də həll etmək mümkün olacaq. Şəhidin həm də müharibə iştirakçısı olan qardaşı da ali təhsillidir və bacarıqlı əlləri var. Ona da kömək etmək mümkün olacaq.
Allah bütün şəhidlərə rəhmət eləsin!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ