Sizin reklam burada
Sizin reklam burada
  • Masallıda Vətən övladlarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub

    Masallıda Vətən övladlarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub Masallı rayonunun Yeddioymaq ərazisində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.
    Pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, 70 saylı seçki dairəsinin deputatı Məşhur Məmmədov, deputat Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    İlk olaraq Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Çıxış edənlər Vətən müharibəsi dövründə döyüşlərdə olduğu kimi, arxa cəbhədə də masallıların göstərdiyi şücaətdən, ölkə rəhbəri tərəfindən şəhidlərimizə və ailələrinə göstərilən hörmət və ehtiramdan danışıb.
    Sonra abidə-kompleksin açılışı olub. Abidə önünə gül dəstələri düzülüb, şəhidlərin ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad olunub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ