Təbii ki, bizim hər birimizin bir ölkəsi var. Hər birimiz Azərbaycanda yaşayırıq. Buna görə istənilən rayonun millət vəkilləri istənilən rayondakı şəhid ailələri ilə, qazilərlə maraqlana, görüşə bilər. Amma o görüşmək hissi reklam olmasın, ürəydən gəlsin.
Necə ki, Lerik rayon millət vəkili İqbal Məmmədov edir. Necə ki, hələ Lerikin millət vəkilindən əlavə Lerikə şəhidlərin dəfninə gəldi, şəhid ailələrinin qayğıları problemləri ilə maraqlandı Razi Nurullayev, Məşhur Məmmədov və sair. Hər birinə dərin təşəkkürümü bildirirəm. Siz həqiqətən də xalq üçün çalışanlarsınız! Xalq da sizi sevir!
Amma çox təəssüflər olsun ki, bəzi millət vəkillərimiz də var, sırf reklam xatirinə şəhid ailələrinə köməkçisi vasitəsilə zəng vurdurub, ayağına gətirdib, 50 manatlıq bir QHT kağızı ilə şəkil çəkdirib yola salan millət vəkilləri...! Şəhid ailələrinin hisləri ilə oynamaq bu qədərmi asandır sizin üçün?! Çox təəssüflənir adam belə şeyləri eşidəndə!
Maraqlıdır, özləri niyə zəng vurmurlar bəs?! Və ikinci maraqlı məqam: Niyə özün getmirsən, ayağına gətirdirsən, özüdə dövlətin adından!
Düzdür, son vaxtlar yarışmadayam, həqiqətən başım çox qarışıqdır. Amma dedim özümdə yazım ki, qoy bütün xalq bunu bilsin və agah olsun! Şəhid ailəsini, qazini istəyən onun ayağına gedər, öz ayağına gətirtməz!!! Şəhidlərimiz müqəddəsdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Elcan Məmiyev
