Sizin reklam burada
Sizin reklam burada
  • DİN: Suraxanı Rayon Polis İdarəsində 30-dan çox vəzifəli şəxsin işdən çıxarılmasına dair məlumatlar həqiqəti əks etdirmir

    DİN: Suraxanı Rayon Polis İdarəsində 30-dan çox vəzifəli şəxsin işdən çıxarılmasına dair məlumatlar həqiqəti əks etdirmir Suraxanı Rayon Polis İdarəsində 30-dan çox vəzifəli şəxsin guya işdən çıxarılmasına dair bəzi elektron kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlar həqiqəti əks etdirmir.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məluma görə, bu ilin yanvarında həmin qurumda plan üzrə inspeksiya keçirilib və nəticələrə əsasən qərar qəbul edilib. Qərara əsasən, xidməti fəaliyyətdə yol verdiyi nöqsanlara görə idarənin və onun tabeliyində olan bölmələrin bir neçə əməkdaşı tutduğu vəzifədən aşağı vəzifəyə keçirilib, bir qrup əməkdaşa digər intizam tənbehləri verilib, daha bir qisminin xidmət yeri bərabər vəzifəyə dəyişdirilib.
    Qeyd olunub ki, daxili işlər orqanlarında aparılan belə yoxlamaların məqsədi idarəetmənin təkmilləşdirilməsi, cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, mülkiyyətinin, hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsidir. Eyni zamanda, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi, əməkdaşların tapşırılmış sahəyə cavabdehliyinin və məsuliyyətinin daha da artırılmasıdır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ