Sizin reklam burada
Sizin reklam burada
  • Ötən 30 il müddətində dünya belə bir cəsarətli müharibənin şahidi olmamışdır

    Ötən 30 il müddətində dünya belə bir cəsarətli müharibənin şahidi olmamışdır Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə
    AÇIQ MƏKTUB


    Hörmətli Prezident!
    Cənab Ali Baş Komandan!

    Azərbaycanın döyünən ürəyi, danılmaz tərkib hissəsi olan cənnət Qarabağımızın bədnam qonşumuz tərəfindən işğal olunması xalqımızın arzularına böyük zərbə vurmaqla yanaşı, füsunkar, qeyri-adi gözəlliyinə, zəngin təbiətinə insanlıq dünyasına sığmayan dağıdıcı zərbə vurmuşdur.
    Siz, müdrik siyasətiniz, cəsarətli, mərd uzaqgörənliyinizlə 30 ilə yaxın torpaq, Vətən, yurd həsrətilə yaşayan xalqımızın xəzan olan arzularına bir bahar gətirdiniz. Xalqımızın haradasa itməkdə olan ümidlərinə yeni bir həyat bəxş etdiniz. Rəşadətli ordumuzun, igid oğullarımızın hər an səbrsizliklə gözlədiyi «İrəli» əmri verməyinizlə Vətən uğrunda canından keçən şəhid oğulların ruhunu şad etdiniz. «İrəli» əmriniz sonda zəfər günü ilə başa çatdı. Siz başda olmaqla böyük qələbənin əldə edilməsində şücaət göstərən rəşadətli ordumuza alqış düşür!
    Hörmətli Prezident!
    Ötən 30 il müddətində dünya belə bir cəsarətli müharibənin şahidi olmamışdır. Nəinki müharibələrin, hətta heç bir münaqişənin belə ədalətli və cəsarətli həll olunmasını görməmişdir. Dünya mətbuatında əks olunduğu kimi, çox ölkələr Azərbaycan ordusunun rəşadətli döyüş taktikasının öyrənilməsini birmənalı şəkildə qəbul etmələrini bildirmişlər. Bütün bu uğurlara görə Sizə, dərin təşəkkürümü bildirirəm. Siz təkcə Qarabağı azad etmədiniz, xalqımızın hələ görünən və görünməyən arzularının sabahına işıq saçdınız. Onlardan birini deyə bilərəm ki, neçə illər idi Azərbaycan qadınları kişiləri təbrik etmirdilər ki, torpaqlarımız hələ işğal altındadır. Bizə bəxş edilən zəfər qələbəsi Azərbaycan kişilərinin həm də kişilik bayramı olmasını təsdiq etdi. Bütün Azərbaycan kişiləri adından belə şərəfli bir günü bizə bəxş etdiyiniz üçün Sizə təşəkkür edirik. Qoy ana-bacılarımız, qadınlarımız bilsinlər ki, Zəfər günü həm də Kişilər bayramıdır.
    Çox şadam ki, bu xəbər birinci olaraq məhz rəhbəri olduğum «Söz» qəzetində səsləndi.
    Bayramınız mübarək, kişilər!
    Yaşasın dəmir yumruqlu, əvəzedilməz prezidentimiz İlham Əliyev!
    Qarabağ Azərbaycandır!

    Ötən 30 il müddətində dünya belə bir cəsarətli müharibənin şahidi olmamışdır
    Hörmətlə: Arif Musa,
    «Söz» qəzetinin baş redaktoru, şair

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ