Sizin reklam burada
Sizin reklam burada
  • Alllah bütün hərbçilərimizi qorusun!

    Alllah bütün hərbçilərimizi qorusun! 2-ci Qarabağ savaşı-Vətən müharibəsi Ali Baş Komandanın başçılığı ilə müzəffər ordumuzun qələbəsi ilə başa çatdı. 30 il ərzində işğal altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad edildi. Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Hərbi sahədəki üğürlarımız bizim siyasi müstəvidə də qələbəmizi şərtləndirdi. Hərb sahəsində Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə müharibə konsepsiyasına yeni baxış yaratdı. Azərbaycan göstərdi ki gələcəkdə ağılli müharibələr mülki insan təlafatı olmadan necə aparılmalıdır. (Gələcək müharibələr maşınlaın müharibəsi olacaq/war in involving mashines/война машин). Müharibənin başlanğıcında, bizim sürətli ugurlarımız fonunda bu barədə ABŞ-ın məşhur Newsweek jurnalında (07.10 2020) geniş məqalə çap olunmuşdur.
    Burada xalqımızın bütün nümayəndələri, ölkəmizdə olan bütün digər millətlər də öz ana vətəni-Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bu savaşda böyük sücaət göstərdilər.
    Alllah bütün hərbçilərimizi qorusun!Alllah bütün hərbçilərimizi qorusun!Alllah bütün hərbçilərimizi qorusun!Alllah bütün hərbçilərimizi qorusun!
    Bu qələbə:
    -Şəhidlərimizin qanı hesabına
    -Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun rəşadəti hesabına
    -Xalqımızın birliyi hesabına qazanılıb.
    Döyüş meydanında vuruşan əskər və zabit heyətinin tərkibində Şirvan şəhərinin nümayəndələrini də qeyd etməyi özümə borc bildim ki, qoy ən azından şəhərimiz onları tanısın.
    Bunlardan biri də Məmmədov İntiqam Qəhrəman oğludur.
    Məmmədov İntiqam Qəhrəman oğlu Polkovnik-Leytenant Uzun illər Ali Ümumqoşun məktəbində, Yaşmada kadr hazırlığında iştirak edib. Türkiyədə Hərbi Akademiyanı bitirib. Artıq uzun illərdir ki ön cəbhədə Milli orduda xidmət edir. Aprel döyüşlərinin iştirakçısıdır. Hazırda Cənub istiqamətində ön xətdə xidmətdədir. Çox maraqlı və fərəhli haldır ki, Bu insan öz oğlu ilə eyni cəbhədə döyüşdə olub.
    Hərbçimizin oğlu Həsən də hərbçidir, Milli orduda müddətdən artiq xidmət edir. Vətən müharıbəsində Həsən Hadrut döyüşlərində ağır yaralanıb. Allah ona şəfa versin. Hal hazırda vəziyyəti normaldır və sağalan kimi yenə də Milli Ordunun sıralarında olacaqdır.
    Hərbçimizin baçısı oğlu Rəşad da hərbçidir və Mürovda döyüşlərində yaralanıb. Müalicə olunub və hal lazırda xidmətdədır. Bu gün onun ad günüdür və onu ürəkdən təbrik edirik, ona can sağlığı arzu edirik.
    Alllah bütün hərbçilərimizi qorusun!
    Alllah bütün hərbçilərimizi qorusun! Millət vəkili İltizam Yusifov

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ