Sizin reklam burada
Sizin reklam burada
  • “Tovuz” Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar Şurası və İdarə Heyətinin üzvlərinin tovuzlulara MÜRACİƏTİ

    “Tovuz” Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar Şurası və İdarə Heyətinin üzvlərinin tovuzlulara MÜRACİƏTİ “Tovuz” Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar Şurası və İdarə Heyətinin üzvlərinin Bakıda və respublikamızın digər şəhər və rayonlarında, xarici ölkələrdə yaşayan minlərlə tovuzlulara
    Müraciəti


    Hörmətli eloğlularımız, elqızlarımız!
    Bildiyiniz kimi iyul ayının 12-də günorta saatlarından başlayaraq mənfur ermənilər ağır artilleriyadan, minamyotlardan və digər silahlardan istifadə edərək atəşkəs rejimini pozaraq rayonumuzun sərhəd kəndlərinə hücuma keçməyə cəhd göstərmişlər. Rayonumuzda yerləşən N caylı hərbi hissənin şəxsi heyəti bir neçə saat davam edən döyüşlərdə düşmənin həmlələrimi qəhrəmanlıqla dəf edərək quduz erməniləri geri oturtdublar. Düşmənin 7-si zabit olmaqla 31-dən artıq canlı qüvvəsi məğrur döyüşçülərimiz tərəfindən məhv edilmişdir. Azərbaycan əsgəri 2016-cı ilin aprelində olduğu kimi bir daha dünyanın ən mənfur xalqının ordusuna öz gücünü göstərdi.
    Nə edəsən ki, müharibənin öz qanunları var. Bu ağır döyüşlərdə ordumuzdan 3 şəhid oldu, 5 əsgərimiz yaralandı.
    Ağstafa rayonu Yuxarı Göycəli kənd sakini, 1987-ci il təvəllüdlü, çavuş Sadıqov Vüqar Lətif oğlu, Tovuz rayonu Ağdam kənd sakini, 1996-cı il təvəllüdlü baş əsgər Məmmədov Elşad Dönməz oğlu, İsmayıllı rayonu Balik kənd sakini, 2002-ci il təvəllüdlü, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu qəhrəmancasına döyüşərək şəhid oldülar. Vətən uğrunda qəhrəmancasına şəhid olan hər üç şəhidimizin və indiyədək canını vətənə fəda edən bütün şəhidlərimizin məzarları önündə baş əyirik, omlara Ulu Tanrıdan rəhmət diləyirik.
    “Tovuz” Xeyriyyə Cəmiyyətinin 30 illik fəaliyyəti dövründə rəhbərliyin üzvlərinin əksəriyyətinin Bakıda yaşamasına baxmayaraq onların qəlbi həmişə Tovuzla döyünür və həmişə də döyünəcəkdir.
    İyul ayının 12-də axşam saatlarında rayonda əhalinin əliyalın sərhəd kəndlərinə axışması, onların müvafiq orqanlardan silah tələb edərək düşmənlə müharibəyə girməsini tələb edən, yaşından asılı olmayaraq tovuzluları sosial şəbəkələrdə cəmiyyətimizin hər bir üzvünün ürəyi dağa dönürdü. Qısa bir zamanda 12 iyul gecə ikən sosial şəbəkələrdə Türkiyədən, Təbrizdən, Bakıdan böyük dəstək gördük.
    1996-cı ilin aprel döyüşləri və 12 iyul Tovuz döyüşləri bir daha onu sübut etdi ki, Azərbaycan ordusu nəinki Dağliq Qarabağı və işqalda qalan dəgər torpaqlarımızı azad etməyi, hətta Qərbi Azərbaycanda olan tarixi torpaqlarımızı – Göyçəni, Zəngibasara, İrəvanı, Zəngəzuru və digər torpaqlarımızı azad etməyə qadirdir. Biz buna tam inanırıq. Biz ordumuza tam güvənirik
    Ümıd edirik ki, əgər ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçəvəsində sülh danışıqlari bir nəticə verməzsə, Azərbaycan öz torpaqlarını nə yolla olur olsun, ərazi bütövlüqünü bərpa etmək hüququnu özündə saxlayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandani cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu düşməni işqal olunmuş Azərbaycan ərazilərindən it kimi məhv edərək öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
    Biz buna tam əminik. Biz ordumuzla qürür duyuruq.
    Əzız tovuzlular!
    Bu çətin, eyni zamanda qürürlu günlərdə sizləri, harada yaşamağımızdan asılı olmayaraq sizi kənarda qalmamağı, ordumuza və rayonda yaşayan həmyerlilərimizə mənəvi dayaq durmağa çağırırıq.
    Qələbə bizimlədir, əzız tovuzlular!
    !
    “Tovuz” Xeyriyyə Cəmiyyətinin
    Ağsaqqallar Şurası və İdarə Heyətinin üzvləri

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ