Həmişə telefonumda YouTube-a daxil olanda ana səhifədə "Liverpul"un videoları, bir də post-rock musiqiləri
olurdu. Artıq bir müddətdir ki, uşaq animasiyaları, uşaq mahnıları üstünlük təşkil edir. Bu da oğlum Davidin
sayəsindədir. Bu gün 1 yaşı tamam olur.
Azarkeşi olduğum "Liverpul" futbol klubu da uzun müddətdən sonra çempion olmaqla sevincimə sevinc qatdı. Oğluma da Liverpul kimi şanlı, şöhrətli, əzəmətli, qalibiyyətlərlə zəngin, uğurlu və parlaq gələcək arzu edirəm.
David həm də fransız filosofu Jan Jak Russo ilə eyni gündə doğulub. Ümid edirəm, o da gələcəkdə hansısa
fəlsəfi fikirlərin sahibi olacaq.
Qeyd: şəkildə əsəbi düşməyinə baxmayın, çox pozitiv biridir.
Natiq Qaçayev
