Millət vəkili İqbal Məmmədov bu günlərdə seçiciləri ilə görüş keçirib. Deputat görüş zamanı seçicilərin promlemləri ilə yaxından maraqlanıb və onlara kəməkliyini göstərib.
Millət vəkili Lerik rayonunda gedən uğurlu işlərlə bağlı təəssüratlarını bizimlə də bölüşdü:
- Cənab Prezdentin Sərəncam və göstərişlərinə əsasən karonavirus (COVİD19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması əhalinin sosial rifahına dəstək məqsədi ilə sosial paketlərin fasiləsiz və dayanıqlı şəkildə icrasının bariz nümunəsi kimi Lerik rayonunun Sipyəriğon, Bibiyani və Kıncıvo kəndlərində hal-hazırda qaz çəklişinin həyata keçirilməsi əhalinin xüsusi həssas təbəqəsindən olan şəxslərin sosial mudafiəsinin gücləndirilməsi kimi qiymətləndirilir və təqdirə layiq hadisələrdəndir.
Bütün bunlarla əlaqədar olaraq bu yaxinlarda Lerik rayonunun Sipyəriğon, Kıncıvo, Bibyani kəndlərində seçicilərimlə krantin rejiminin tələblərinə uyğun olaraq görüş keçirib, onların xahiş və təkliflərini dinlədim.Dövlət Neft Şirkəti tərəfindən qaz xəttlərini həyata keçirən əməkdaşların işləri ilə tanış oldum.
Sonda seçicilərim bu nəcib və xeyirxah işə görə ölkə rəhbəri cənab Prezidentə öz minnətdarlıqlarını bildirdilər.
