Hər yaşayış evinin yanında su çənləri var.
Burada içməli su olmadığından sakinlər tələbatı bu çənlərə doldurduqları su ilə qarşılayırlar. Bura Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar Yaşayış massividir. Massivin bir hissəsində içməli su olsa da, digər hissəsində yaşayan sakinlər suya tamarzıdır.
Sakinlərin müraciətinə 2016-cı ildə ''Azərsu'' ASC-dən rəsmi cavab gəlib. Bildirilib ki, həmin massivin gələcəkdə su ilə təmin edilməsi nəzərdə tutulub. Ancaq indiyə qədər hələlik problem həllini tapmayıb.
Məsələ ilə bağlı ''Azərsu'' ASC-nin mətbuat katibi Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Bildirdi ki, gələcəkdə həmin massivdə su təchizatı yaradılacaq.
Susuz qalan sakinlərin isə ən böyük istəyi bu problemlərinin ən qısa zamanda həll edilməsidir.
