Sizin reklam burada
Sizin reklam burada
  • Kimlər mütəmadi olaraq tibbi maskalardan istifadə etməlidir?

    Kimlər mütəmadi olaraq tibbi maskalardan istifadə etməlidir? Respirator axıntının qarşısını almaq üçün yoluxmuş şəxs mütəmadi olaraq maskalardan istifadə etməlidir.
    Bu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişində əks olunub.
    Bundan əlavə, metodik göstərişdə tibbi maskalardan ümumi istifadəyə dair digər qaydalar da qeyd edilib:
    - Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı
    boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır;
    - İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz;
    - Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə
    toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);
    - Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz
    yuyulmalıdır;
    - Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;
    - Birdəfəlik maskalardan təkrar istifadə edilməməlidir;
    - Tibbi maskalara qarşı həssaslığı olan şəxslər tənəffüs gigiyenasına xüsusi diqqət
    etməlidirlər; öskürmə və asqırma zamanı ağız və burun nahiyəsi birdəfəlik istifadə
    üçün nəzərdə tutulmuş kağız salfetlərlə silinməlidir. İstifadədən sonra material mütləq xüsusi qapalı tullantı qutularına atılmalıdır. Tənəffüs ifrazatı ilə təmasdan dərhal sonra əllər təmizlənməlidir;
    - Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və
    kənarlaşdırılması vacibdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ