Sizin reklam burada
Sizin reklam burada
  • Gənclərin vətənpərvər ruhda formalaşmasında öz töhfəsini verən veteran –Yəhya Ağayev

    Ömür yolları

    “Veteranlara qayğı göstərmək,hörmət etmək onların bütün problemlərini həll etmək bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur.!”
    H.Əliyev


    Azərbaycan Respublikasının vətəndaşı, ehtiyatda olan mayor Ağayev Yəhya Ağaqulu oğlu 12 dekabr 1942-ci ildə Cəlilabad rayonunda anadan dünyaya göz acçıb. 1951-ci ildə Cəlilabad rayon orta məktəbinə daxil olmuş və 1962-cı ildə orta məktəbin 11-ci sinifini bitirmişdir.
    Gənclərin vətənpərvər ruhda formalaşmasında öz töhfəsini verən veteran –Yəhya Ağayev
    1962- 1965-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
    1967-ildə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində Daxili İşlər Orqanlarında iqtisadi cinayətkarlığa qarşı mübarizə üzrə inspektor vəzifəsində xidmət etmişdir. (OBXSS) Xidmət etdiyi zaman 10, 15, 20, illik qüsursuz xidmətlərinə görə hər üç dərəcəli medallarla təltif olunmuşdur.
    1967-ildə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində Avtonəqliyyat texnikumunu,
    1974-ci ildə Dnepropetrovsk Ali Partiya məktəbini bitirmişdir.
    1983-ci ildə isə Kiyev Xalq Təsərrüfatı institunu bitirmişdir.
    1988-ci ildə köcürülmə yolu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamında olmuşdur.
    1993-cü ilə qədər İslah Əmək Müəssisəsində “Dəstə” rəisi vəzifəsinədə işləmişdir.
    1991-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.
    Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Silahlı Quvvələri Veteranıdır.
    1993-cü ildən 1996-cı iləqədər Azərbaycan Respublikasının Müdafiə Nazirliyində Xüsusi şöbənin rəisi vəzifəsində işləmişdir.
    2000-ci ildən etibarən Nizami Rayon Yeni Azərbaycan Partiyasının üzvüdür.
    2008- 2009-cu illər Nizami Rayon Veteranlar Təşkilatının Məsul katibi, eləcədə
    2010-cu ildən Nizami Rayon 70 saylı tam orta məktəbdə Hərbi Rəhbər vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində dəfələrlə Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən,YAP Nizami Rayon Təşkilatı tərəfindən,Tələbə QəbuluÜzrəDövlət Komissiyasının sədri tərəfindən və Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanlar və İlin Ən Yaxşı” Hərbi Rəhbəri “adına layıq görülərək 1-ci dərəcəli Diplomla təltif olunmuşdur.
    1966-cı ildə Böyük Vətən Mühahibəsi qələbəsinin 20 illik yubiley medalı ilə,
    1977-ci ildə qüsursuz xidmətə görə 3-cü dərəcəli yubiley medalı ilə,
    1982-ci ildə 15 ildə qüsursuz xidmətə görə 2-ci dərəcəli yubiley medalı ilə,
    1982-ci ildə yüksək uğurlarına görə Əlaçı Milis Döş nişanı ilə,
    1987-ci ildə 20 ildə qüsursuz xidmətə görə 1-ci dərəcəli yubiley medalı ilə,
    2011-ci ildə Təhsil Nazirlii tərəfindən yüksək uğurlara görə medalı ilə,
    2015-ci ildə Respublika VT-nın sədri tərəfindən yüksək səviyyədə qazandığı uğurlara və nəaliyyətlərə görə “Veteran Həmrəylik” medalı ilə,
    2016-cı ildə Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İB sədri, tərəfindən “Vətən Naminə” medalı ilə,
    2017-ci ildə Respublika VT-nın sədri tərəfindən “General Həzi Aslanov” yubiley medalı ilə,
    2018-ci ildə Resbublika VT-nın sədri tərəfindən “30 il” yubiley medalı ilə,
    2018-ci ildə Azərbaycan Respublikasının Vətən Müharibəsi veteranları İB-nin sədri tərəfindən Müharibə veteranı medalı ilə,
    2018 ci ildə Azərbaycan Respublikasının Vətən Müharibəsi veteranları İB-nin sədri tərəfindən Milli ordunun yaranmasının 100 il medalı ilə,
    Azərbaycan Milli Dövlətçiliyinin inkişafındaki nümunəvi xidmətlərə və ümummilli lider Heydər Əliyev ideyalarına sədaqətinə görə “Siyasət və Gerçək Uğur” Araşdırmalar Mərkəzinin təsis etdiyi Fəxri Diplomla təltif edilmişdir.
    O, həmdə Məmməd Araz Mükafatı Laureatıdır.
    Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri tərəfindən və Təhsil Nazirliyi
    tərəfindən Fəxri Fərmanlarla və İlin Ən Yaxşı “Hərbi Rəhbəri”adına layiq görülərək 1-ci dərəcəli Diplomla təltif olunmuşdur.
    Respublikanın bir çox Rayon İcra Hakimiyyətlərinin başçıları tərəfindən, çox saylı Hərbi Hissə Komandanlığı tərəfindən, Rayon Bələdiyyələri tərəfindən və YAP Nizami Rayon Təşkilatı həm də bir çox İdarə və Təşkilatlar tərəfindən mükafatlarla, Fəxri Fərmanlarla qiymətli hədiyələrlə və Diplomlarla təltif edilmişdir.
    zin möhkəmləndirilməsi istiqamətində daha da coşqun fəaliyyət göstərməyə ruhlandırır. Qəlbində həyat eşqi güclü olan bu isanın bundan sonra da Vətən. Ailəlidir, 2 övladı var.
    Ulu öndərin qayğıkeşliklə söylədiyi bu tövsiyyəsinəNizami Rayon Veteranlar Təşkilatında da sədaqətlə əməl edilir.Təşkilata rəhbərlik edən Yəhya Ağayevin təşkilatçılıq bacarığı sayəsində rayonda mütamadi tədbirlər keçirilir.Köməyə ehtiyacı olan veteranlara qayğıgöstərilir,xəstəliyi olan veteranlar mayinə və malicə üçün Veteranlar xəstəxanasına göndərilir.Rayonda müntəzəm olaraq veteranlarla gənclərin görüşləri təşkil olunur.Nizami rayon icra hakimiyyətinin başçısı tərəfindən keçirdiyi ictimai-siyasi tədbirlərdə də rayon veteranları təşkilatının üzvləri fəaliştirak edirlər.Keçirilən bütün bu tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyətə malikdir.
    Ədliyyə Nazirliyinin Silahlı Qüvvələr Veteranı olan Yəhya Ağayev 2010-cu ildən Nizami Rayon Veteranları Təşkilatının sədridir. Ehtiyatda olanmayor Yəhya Ağayev Ağaqulu oğlu gənclərimizə örnək olan şərəfli həyat yolu keçib. O, uzun müddət hüquq-mühafizə orqanlarında ləyaqətlə xidmət edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. O, həm də Qarabağ müharibəsi veteranıdır.
    Yəhya müəllim Nizami Rayon Veteranlar Təşkilatında işlədiyi müddət ərzində səmərəli fəaliyyətinə görə Respublika Veteranlar Təşkilatı tərəfindən “Veteran Həmrəyliyi”, General Həzi Aslanov” və “30 il yubiley medalları ilə təltif olunub. O, həmçinin,Azərbaycan Milli Dövvətçiliyin inkişafındaki nümunəvi xidmətlərlə və ümummilli lider Heydər Əliyev ideyalarına səddaqətinə görə “ Siyasət və Gerçək Uğur” Araşdırmalar Mərkəzinin təsis etdiyi Fəxri Diploma və bir çox rayon icra Hakimiyyəti başçıları,Hərbi Hissə komandanlığı və YAP Nizami Rayon Təşkilatı tərəfindən Fəxri Fərmanlarla və qiymətli hədiyələrlə təltif olunub.
    Onu da qeyd edə ki, Nizami Rayon Veteranları Təşkilatının gördüyü işlər Respublika Veteranlar Təşkilatının son hesabat yığıncağında da müsdət qiymətləndirilib.Yəhya müəllimin əməyinin belə yüksək dəyərləndirilməsi onu dövlətçiliyimiə sədaqətlə xidmət göstərəcəyinə inanırıq.

    Bəradər Səməndərli

    Gənclərin vətənpərvər ruhda formalaşmasında öz töhfəsini verən veteran –Yəhya AğayevGənclərin vətənpərvər ruhda formalaşmasında öz töhfəsini verən veteran –Yəhya AğayevGənclərin vətənpərvər ruhda formalaşmasında öz töhfəsini verən veteran –Yəhya Ağayev

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ