Beyləqan rayon 7 saylı Təbiət və Humanitar Fənlər Təmayüllü Liseyin 2-ci sinfində təhsil alır. Təkcə dərs əlaçısı deyil, həm də gözəl rəqqasdır. 6 yaşından Beyləqan Rayon Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən rəqs dərnəyinin fəal üzvüdür. İstər rayon daxilində, istərsə də ətraf rayonlarda keçirilən bayram tədbirlərində göstərdiyi nümunəvi performanslara görə dəfələrlə fəxri diplomlara layiq görülüb. Adıçəkilən Mərkəzin rəqs dərnəyində rəqs müəlliməsi Kəmalə Əliyeva ona Azərbaycan Milli rəqslərinin sirlərini dərindən öyrənməsində əlindən gələni əsirgəmir və elə qazandığı nailiyyətlər, aldığı fəxri diplomlar da məhz K.Əliyevanın fədakar əməyinin nəticəsidir. Hələ uğurlar qarşıdadır və Ləmanın neçə-neçə yüksək uğurlara imza atacağına isə şübhə etmirik.
Bu günlər balaca rəqqasın – Ləman Qasımovanın ad günüdür. 9 yaşı tamam olur. Bu münasibətlə onu atası Elçin bəy, anası Elnarə xanım və digər doğmaları ilə yanaşı, əmisi – “Atribut”un baş redaktoru Bəradər Səməndərli ürəkdən təbrik edir, həyatının – ömrünün 9-cu pilləsində ona uğurlu addımlar, parlaq gələcək, xoşbəxtlik arzulayır, 90-cı, 100-cü pillələri bu təravətdə, taleyin gözəl qismətləri ilə adlayasan deyir.
Bəxtin gülsün üzünə,
Arzuların çin olsun.
Qoy, dostların sevinsin,
Düşmənin qəmgin olsun.
Həyatının mənası
Peşəndə, işindədi.
Gülllərin, çiçəklərin
Ətri gülüşündədi.
Gözəlliyin özüsən,
Ruhun səsisən, Ləman.
Gələcəyin tanınmış
Rəqqasəsisən Ləman.
Tale sənə yar olsun,
Günəş doğsun üzünə.
Şeiri hədiyyə etdi
Bəradər, ad gününə!
