Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, eləcə də Azərbaycan Milli Məclisi ilə Pan-Afrika Parlamenti arasında əlaqələrin inkişafı məsələləri nəzərdən keçirilib. Söhbət zamanı bu cür təmasların parlament diplomatiyasının möhkəmləndirilməsinə və tərəflər arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Milli Məclisin sədri Sahibə Qafarova Pan-Afrika Parlamentinin fəaliyyətinə toxunaraq, Azərbaycan Parlamentinin bu təşkilatla münasibətləri daha da inkişaf etdirmək niyyətini ifadə edib. Görüşdə, həmçinin, Pan-Afrika Parlamenti ilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
