Bunu IV Şuşa Qlobal Media Forumunun iştirakçısı, “Beyond Media”nın nümayəndəsi Sergey Şerbakov deyib.
O bildirib ki, fərqli ölkələrdən, müxtəlif din və mədəniyyətlərdən olan insanlar Şuşada bir araya gəliblər və hər kəs bunun şahididir.
“Düşünürəm ki, cavab elə gözümüzün önündədir və bunun əlavə izaha ehtiyacı yoxdur. Burada olan bəzi şəxslər bir neçə il əvvəl də Şuşaya səfər ediblər. Onlar şəhərin əvvəlki vəziyyəti ilə bugünkü siması arasındakı böyük fərqi aydın şəkildə görə bilirlər. Dörd il ərzində Şuşanın keçdiyi inkişaf yolu həqiqətən təsirlidir. Şəhərin azad edildikdən dərhal sonra necə bərpa olunmağa başladığını və bu gün nə qədər sürətlə inkişaf etdiyini görmək hər kəsdə böyük təəssürat yaradır”, – deyə Forum iştirakçısı vurğulayıb.
