Sizin reklam burada
Sizin reklam burada
  • “Voice of Congo” təşkilatının nümayəndəsi: Dekolonizasiya informasiya məkanının da müstəmləkəçilikdən azad edilməsidir

    Dekolonizasiya düşüncə və informasiya məkanının da müstəmləkəçilik təsirlərindən azad edilməsidir.

    Bu fikri “Voice of Congo” təşkilatının baş nümayəndəsi Sedrik Monzia Aundu “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” konfransında bildirib. O qeyd edib ki, keçmişdə media çox vaxt müstəmləkəçi dövlətlərin yaratdığı narrativləri yayırdı. Bu gün isə jurnalistlərin əsas vəzifəsi həqiqəti yoxlamaq, xalqların səsini çatdırmaq və daha ədalətli informasiya mühiti formalaşdırmaqdır.

    Sedrik Monzia Aundu vurğulayıb ki, rəqəmsal platformalar və sosial media fenomenləri ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Onun sözlərinə görə, dezinformasiyaya qarşı mübarizədə jurnalistlərlə rəqəmsal kontent yaradıcılarının əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ