Sizin reklam burada
Sizin reklam burada
  • Nazir: Zəngəzur dəhlizi ilə bağlı sənədlərin hazırlanması prosesi gedir

    Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi ilə bağlı əldə olunmuş razılaşmaya əsasən, bu prosesdə Amerika Birləşmiş Ştatları da iştirak edir. Bu istiqamətdə, ilk növbədə, danışıqlar ABŞ ilə Ermənistan arasında aparılır. Çünki söhbət Ermənistan ərazisindən gedir. Eyni zamanda, reallıq ondan ibarətdir ki, həmin dəhlizin həm giriş, həm də çıxış nöqtələri Azərbaycan Respublikasının ərazisidir.
    Bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

    “Danışıqların gedişi və ümumilikdə proses barədə amerikalı tərəfdaşlarımız tərəfindən mütəmadi şəkildə məlumatlandırılırıq. Bir neçə ay əvvəl Ermənistan tərəfi ilə ABŞ arasında ilkin sənəd də imzalanmışdı. Bizə verilən məlumata görə, proses davam edir və hazırda sənədlərin prosesi mərhələsi gedir. Bu dəhlizlə bağlı söhbət dəmir yolundan, avtomobil yolundan, elektrik kabellərindən, o cümlədən boru kəmərlərindən də gedə bilər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ