Bu fikirləri "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan uzun illər enerji resurslarından əldə etdiyi gəlirləri insan kapitalının gücləndirilməsinə, müasir infrastrukturun yaradılmasına və iqtisadiyyatın şaxələndirilməsinə yönəldib: “İndi isə qarşıda duran əsas hədəf bu möhkəm təməl üzərində bilik, innovasiya və rəqəmsal texnologiyalara əsaslanan yeni iqtisadi inkişaf modelini sürətləndirməkdir. Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən edilən prioritetlər də məhz bu strateji məqsədə xidmət edir. Bu yanaşma qərarların elmi əsaslara, dəqiq təhlilinə və analitik proqnozlara söykənərək daha operativ, obyektiv və səmərəli qəbul edilməsini təmin etməklə yanaşı, insan amilindən qaynaqlanan risklərin minimuma endirilməsinə, dövlət idarəçiliyində şəffaflığın, hesabatlılığın, çevikliyin və institusional effektivliyin daha da gücləndirilməsinə mühüm töhfə verəcəkdir”
S. Məmmədov vurğulayıb ki, cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü koordinasiya nəticəsində Azərbaycanın rəqəmsal transformasiya sahəsində əldə etdiyi uğurlar daha da genişlənəcək, ölkəmiz innovativ dövlət idarəçiliyi modeli və rəqəmsal iqtisadiyyatın inkişafı baxımından regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək:
“Şuranın fəaliyyəti dövlət qurumları arasında koordinasiyanı daha da gücləndirəcək, rəqəmsal transformasiya proseslərini sürətləndirəcək və nəticə etibarilə Azərbaycanı regionun aparıcı texnologiya, innovasiya və rəqəmsal xidmətlər mərkəzlərindən birinə çevirəcək. Bu isə ölkəmizin qlobal rəqabət qabiliyyətinin yüksəlməsinə, qeyri-neft sektorunun daha da inkişafına və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yeni səviyyəyə çatdırılmasını təmin edəcək.”- Deputat deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
