Sizin reklam burada
Sizin reklam burada
  • "Möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır.”- Heydər Əliyev

    Musa Süleymanov
    Əməkdar mühəndis,
    İş adamı

    Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər böyük tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, sovet hakimiyyəti dövründə azərbaycanlı gənclər hərbi xidmətə çağırılsalar da,  onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Əlbəttə ki, burada əsas məqsədi azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə maneə olmaq idi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Ulu Öndər Heydər Əliyev XX əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bu hadisə  azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu liseyin yetirmələridir.
          1991-ci ildə yenidən müstəqilliyimiz bərpa olunsa da, ölkə daxilində hakimiyyətsizlik, xaos, siyasi çəkişmələr, ordunun iflic vəziyyətində olması, ərazilərin işğalı, ölkənin parçalanması və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkədə həyatın bütün sahələrində islahatlar aparılmağa başlanıldı, vəziyyət getdikcə stabilləşməyə başladı. O, ölkə rəhbərliyinə yenidən qayıdışından sonra Silahlı Qüvvələr quruculuğu istiqamətində  aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. O bütün varlığı ilə inanırdı və həmişə vurğulayırdı ki, “əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik. Dünya belə qalmayacaq. Heç kəs güman etməsin ki, torpaqlarımızın bir hissəsi — Dağlıq Qarabağ, yaxud başqa bir hissəsi zorla əlimizdən alına bilər. Xeyr, biz bununla heç vaxt razı ola bilmərik və heç vaxt razı olmayacağıq. Bizim xalqımız heç vaxt bununla razı ola bilməz, Azərbaycan Prezidenti heç vaxt bununla razı ola bilməz”! O, hər zaman deyirdi ki, “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”.
    Birinci Qarabağ müharibəsi zamanı  cəsur, igid hərbiçilərimiz olsa da, vahid onda idarəetməsi, nizam-intizam, güclü iqtidar yox idi. Ölkədə yaranmış xaos, anarxiya vəziyyətində  nizami ordudan söhbət belə gedə bilməzdi. Lakin Ulu Öndər  yenidən hakimiyyətə qayitdıqdan sonra digər sahələrdə olduğu kimi ordu quruculuğu islahatlarına başlanıldı.1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ildönümünə həsr olunmuş təntənəli yığıncaqda  qeyd etdiyi kimi “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var.” 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinin birinci buraxılışına həsr olunmuş mərasimdə çıxışı zamanı Ümummilli Liderimiz Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrini misal çəkir, Azərbaycan əsgərinin məhz Türki əsgərinə bənzəməsini xüsusi ilə vurğulayırdı: “Azərbaycan əsgəri gərək hər şeydə türk əsgərinə bənzəməyə çalışsın. “Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin, onun əsgərlərinin bütün başqa keyfiyyətlərdən əlavə, ən yüksək keyfiyyəti Vətənə, millətinə, torpağına daim sədaqət hissi ilə yaşaması və xidmət etməsidir. Bu, hər bir ölkənin əsgərinin borcudur.”
      Ali Baş Komandan, Prezident cənab  İlham Əliyev bu siyasət daha da gücləndirilərək qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır. Ötən müddət ərzində  büdcə xərclərinin böyük bir hissəsi hərbi xərclər olmuşdur. Azərbaycan bir çox ölkələrdən hərbi silah və sursatlar, hərbi-texniki maşınlar alırdı. Lakin biz təkcə bu silahları ixrac etmədik, eyni zamanda özümüz də istehsal etməyə başladıq. Ölkə başçısının Sərəncamı ilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinnin yaranması da strateji əhəmiyyət daşıyırdı. Ölkəmizdə  hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və əldə olunan  nailiyyətlər dünya miqyasında da qəbul edilir. Azərbaycan bir çox ölkələrdən  silah və hərbi texniki avadanlıqlar  alır və eyni zamanda, özü də istehsal edir. Bu isə dünyanın aparıcı dövlətlərinin Silahlı Qüvvələri ilə rəqabət aparmaq gücündə olan ordumuzun daha da  güclənməsinə təkan verəcəkdir.   Vaxtı ilə, Ümummilli Lider Heydər Əliyev  deyirdi ki, “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Bu ideyanı cənab İlham Əliyev daha da inkişaf etdirərək güclü ordu yaratdı. Elə bir ordu ki, həm cəsarəti, həm igidliyi, həm də humanizmi ilə dünyada yeni bir əsgər, zabit obrazı yaratdı. Ulu Öndər deyirdi ki, “ Möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır”. Prezident, Ali Baş Komandan İlham Əliyev də qeyd edirdi ki, sülhə nail olmaq üçün birinci yol hərbi, ikinci yol isə siyasi və iqtisadi olmalıdır. 
      44 günlük Vətən müharibəsi və 23 saat davam edən lokal xarakterli anti-terror əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin gücünü, hərbi qabiliyyətini, hazırlığını bir daha bütün dünyaya nümayiş etdi. Ordumuz  XXI əsrin müharibəsini apardı. Artıq dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Rəşadətli ordumuz çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında  elm, peşəkarlıq,  hərbi məharət göstərərək, erməni işğalçılarını məhv edərək, torpaqlarımızı azad etdi. Vətən müharibəsini zəfərlə başa çatdıran ordumuz uğurlarla yanaşı, çatımazlıqlar, qüsurlar da çevik şəkildə təhlil olunur və aradan qaldırılırdı. Müharibənin gedişi zamanı Ali Baş Komandan İlham Əliyev tərəfindən  Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirə də  bunun bariz nümunəsi idi. 

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ