Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili azərbaycanlı həkimlərin ölkəyə qayıtdıqdan sonra qarşılaşdığı problemləri gündəmə gətirib

    Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin növbədənkənar növbəti plenar iclası kecirilib.
    "Atributinfo.az" xəbər verir ki, iclasda millət vəkili Rəşad Mahmudov çıxış edərək, xüsusən Rusiya Federasiyası başda olmaqla xaricdə tibb təhsili almış və klinik ordinatura (rezidentura) mərhələsini keçmiş Azərbaycanlı həkimlərin ölkəyə qayıtdıqdan sonra qarşılaşdığı problemləri gündəmə gətirib.

    Çıxışda xüsusilə xaricdə ixtisaslaşmış, iki mərhələli klinik hazırlıq keçmiş mütəxəssislərin diplom və ixtisaslarının tanınması, onların peşə fəaliyyətinə başlaması zamanı yaranan inzibati və hüquqi çətinliklər vurğulanıb.

    Qeyd olunub ki, mövcud yanaşma bir tərəfdən ölkəyə geri dönmək istəyən ixtisaslı həkimlərin inteqrasiyasını çətinləşdirir, digər tərəfdən isə səhiyyə sistemində kadr ehtiyacının artdığı bir dövrdə ciddi sistem boşluğu yaratmaqdadır. Bu sahədə şəffaf, vahid və hüquqi baxımdan dəqiq müəyyən olunmuş mexanizmin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ