Sizin reklam burada
Sizin reklam burada
  • “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin zəngin memarlıq irsinə verilən yüksək dəyərin təzahürüdür

    Həbib Cəfərov
    YAP Astara rayon təşkilatının sədri

    Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin zəngin memarlıq irsinə, müasir şəhərsalma siyasətinə və dayanıqlı inkişaf prioritetlərinə verilən yüksək dəyərin təzahürüdür.

    22 dekabr 2023-cü il tarixində Bakı şəhərində Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış sazişə əsasən, 17–22 may 2026-cı il tarixlərində paytaxtımız Bakı mötəbər beynəlxalq tədbir olan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək. Bu, Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində artan beynəlxalq nüfuzunun və qlobal təşəbbüslərdə fəal rolunun bariz göstəricisidir.

    Bu münasibətlə, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkəmizin zəngin memarlıq və şəhərsalma irsini, Bakının müasir inkişafını, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesini əks etdirən, süni intellekt alətlərinin dəstəyi ilə xüsusi videoçarxlar hazırlanıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ