Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvü Heydər Əsədov mayın 14-də Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcəklər.Atributinfo.az xəbər verir ki, səfər çərçivəsində deputatlarımız ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə 28 may – Müstəqillik Günü və 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.
Deputatlarımız mayın 21-də TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının “TÜRKPA-ya üzv dövlətlərdə ətraf mühitin çirklənməsi: problemlər və əməkdaşlıq perspektivləri” mövzusunda keçiriləcək 11-ci iclasında iştirak edəcək, məruzə ilə çıxış edəcəklər.
Səfər mayın 22-də başa çatacaq.
