Bu fikirləri ukraynalı politoloq Vladislav Olençenko səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın Ukraynaya çətin dövrdə göstərdiyi dəstək Ukrayna cəmiyyətində yüksək səviyyədə dəyərləndirilib və ölkələr arasında qarşılıqlı anlaşmanı möhkəmləndirib. Ekspert hesab edir ki, Kiyev Bakı ilə əməkdaşlığa yalnız mühüm ikitərəfli istiqamət kimi deyil, həm də daha geniş regional təhlükəsizlik və dayanıqlılıq arxitekturasının bir hissəsi kimi baxır.
Olençenko vurğulayıb ki, qarşılıqlı fəaliyyət perspektivləri enerji sektoru, təhlükəsizlik məsələləri, texnologiya mübadiləsi və birgə layihələrin inkişafını əhatə edir. Onun qiymətləndirməsinə görə, iki ölkə lideri arasında təmasların hazırkı səviyyəsi uzun illər üçün əməkdaşlığın genişləndirilməsi baxımından möhkəm zəmin yaradır.
