Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” adlı II beynəlxalq konfransda çıxış edərkən deyib.
Komitə sədri bəzi məsələlərin hələ də qaldığını vurğulayaraq qeyd edib ki, bunların gələcəkdə aradan qaldırılması üçün qurumlar öz fəaliyyətini davam etdirəcək: "Dərman vasitələri əhaliyə göstərilən tibbi xidmətin əsas komponentlərindən biridir. Ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması sahəsində kifayət qədər böyük işlər görülüb. Respublikamıza dərman preparatları gətirmək üçün lisenziyalar kifayət qədər sadələşdirilib. Bəzi dərmanlar üçün elektron təqib sistemi fəaliyyətə başlayıb".
