Rusiya mediasına istinadən xəbər verilir ki, RF Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Vladimir Cabarovun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti nəzərə alınmaqla, Azərbaycan üçtərəfli danışıqlar üçün məqbul məkandır.
Senator əlavə edib ki, əsas şərt ev sahibi ölkədə danışıqlar prosesinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsidir.
Daha əvvəl, aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ ilə Azərbaycan ərazisində danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdi.
