Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilir

    Aprelin 23-də Bakıda Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilir.

    Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvlərinin, görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, respublikamızın tanınmış ziyalılarının, ağsaqqalların, şəhid ailələrinin üzvlərinin, gənclərin, eləcə də Şuranın 81 şəhər və rayon təşkilatının nümayəndələrinin iştirakı ilə keçirilən qurultay Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

    Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini səsləndirib.

    Sonra qurultay işinə başlayıb.





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ