Sizin reklam burada
Sizin reklam burada
  • İsa Həbibbəyli: Ağsaqqallar Şurasının fəaliyyəti ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutur

    Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin ictimai həyatında mühüm rol oynayan təsisat kimi çıxış edir. Şuranın təşkil etdiyi tədbirlər, o cümlədən beynəlxalq səviyyəli elmi konfranslar və müxtəlif ictimai təşəbbüslər Azərbaycanın inkişafına və milli dəyərlərin təbliğinə ciddi töhfə verir.

    Azərbaycan Ağsaqqallar Şurasının aprelin 23-də keçirilən IX Qurultayındakı çıxışında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli bu barədə danışıb.

    O qeyd edib ki, Ağsaqqallar Şurasının fəaliyyəti yalnız ölkədaxili tədbirlərlə məhdudlaşmır, eyni zamanda beynəlxalq müstəvidə də əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edir. Türk dövlətlərinin ağsaqqallar təşkilatları ilə qurulan əlaqələr, eləcə də digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun artmasına müsbət təsir göstərir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ