Nümayəndə heyətinin üzvləri Zəfər parkını ziyarət edərək Zəfər abidəsi önünə güllər qoyublar. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.
Qonaqları Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Erkin Qədirli müşayiət edib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
