Sizin reklam burada
Sizin reklam burada
  • Regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı

    Cavanşir Paşazadə
    Milli Məclisin deputatı

    Parlamentdə Türkiyə–Qıbrıs dostluq qruplarının görüşü keçirildi. Görüş səmimi və konstruktiv mühitdə baş tutdu, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin inkişafının əhəmiyyəti vurğulandı.

    Müzakirələr zamanı parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı səfərlərin artırılması, qanunvericilik sahəsində təcrübə mübadiləsinin gücləndirilməsi və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Eyni zamanda, ortaq tarixi, mədəni və mənəvi dəyərlərin əlaqələrimizin əsasını təşkil etdiyi qeyd olundu.

    Bildirildi ki, bu cür görüşlər ölkələrimiz arasında dostluq və tərəfdaşlığın daha da möhkəmlənməsinə, qarşılıqlı anlaşmanın dərinləşməsinə və gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ