Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirdi.
Müsahibimizin sözlərinə görə, belə addımlar adətən neytral və humanitar jest kimi qiymətləndirilir:
"Məhz Prezident İlham Əliyev Məsud Pezeşkian ilə telefon danışığında da qarşılıqlı mesajlar göstərir ki, Azərbaycan-İran münasibətləri müəyyən balans üzərində qurmağa çalışır və Azərbaycan coğrafi-siyasi baxımdan həssas regionda yerləşdiyi üçün müxtəlif tərəflərə münasibətləri paralel şəkildə idarə etməyə çalışır və bu da dövlət başçısının apardığı əsas daxili və xarici siyasətə yönəlir".
Arzu Nağıyev vurğuladı ki, bu cür humanitar yardım həm də diplomatik münasibətlərin sabit və stabil saxlanmasına xidmət edə bilər:
"Təbii ki, bu, kimlərəsə xoş gəlməyə bilər – istər İsrail, istər Amerika Birləşmiş Ştatları, istər digər dövlətlər olsun – lakin bizim daxili və xarici siyasətimizdə humanist addımlar çox mühüm istiqamətdir. Bu, tək İrana edilməyib, digər dövlətlərə də edilib və bunu da bütün dünya bilir. Bu günə qədər də edilən hər hansı bir humanitar addımın qarşılığında hansısa dövlət bizə irad tutmayıb və tuta da bilməz".
