TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin imzası ilə yayımlanan bəyanatda bu hücumların kəskin şəkildə qınanıldığı bildirilir.
Baş katib bu cür hərəkətlərin təkrarlanmasının qarşısının alınmasının vacibliyini vurğulayaraq, regional vəziyyətin daha da pisləşməsinin və bölgədə gərginliyin artması ehtimalının qarşısını almaq məqsədilə təmkinli olmağa çağırır.
Ömüralıyev həmçinin, TDT Katibliyinin Azərbaycan Respublikasının Hökuməti və qardaş Azərbaycan xalqı ilə tam həmrəyliyini bir daha vurğulayıb.
