TÜRKPA-nın yeni Baş katibi səlahiyyətlərinin icrasına başlayıb
Siyasət
15-10-2025, 11:31
91
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin səlahiyyətləri keçmiş Baş katib Mehmet Süreyya Erdən yeni seçilmiş Baş katib Ramil Həsənə təhvil verilib.
Oktyabrın 15-də təşkilatın Baş ofisində keçirilən mərasimdə TÜRKPA-nın bayrağının təqdim olunması prosesi baş tutub.
Qeyd edək ki, TÜRKPA-nın 14-cü plenar iclasında qəbul edilmiş Qərara əsasən, Ramil Həsən TÜRKPA-nın Baş katibi seçilib.