Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin nümayəndə heyəti Çinə səfər edəcək

    Milli Məclisin nümayəndə heyəti Çinə səfər edəcək Milli Məclisin sədr müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatının “Xalq diplomatiyası və qardaş şəhərlər Forumu”nda iştirak etmək üçün iyulun 1-də Çin Xalq Respublikasının Şenyan şəhərinə səfər edəcək.
    Nümayəndə heyətinə Milli Məclisin deputatları Cavanşir Paşazadə, Rəşad Mahmudov və Göydəniz Qəhrəmanov daxildirlər.
    Forumda “Xalqlar arasında dostluğun dərinləşdirilməsi, davamlı inkişafın təşviqi” mövzusunda müzakirələr aparılacaq.
    Səfər iyulun 7-də başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ