"Atributinfo.az"ın aldığı məlumata görə öncə dahi şəxsiyyətin Heydər Əliyev Meydanında yerləşən abidəsi önünə tər-gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb.
Rəsmi hissə ilə davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik ehtiram sükutu ilə yad edilib.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bagirov tədbir iştirakçılarını salamladıqdan sonra Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz və çoxşaxəli fəaliyyətindən bəhs edərək, Heydər Əliyev dühasının Azərbaycana bir qərinəlik rəhbərliyi dövründə respublikanın tərəqqisi yolunda yorulub- usanmadan çalışması, xalqın köklü maraqlarını ardıcıl qoruması ölkəmizin çağdaş dünya düzənində layiqli yerini təmin etməsindən və möhtəşəm qələbəyə səbəb olan inkişafın məhz Heydər Əliyevin və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin nümunəvi siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Daha sonra çıxış edənlər, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Rayon Ağsaqqalar Şurasının sədri Sədafər Hüseynov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayon üzrə nümayəndəliyinin baş məsləhətçisi İlkin Zeynalov Ulu Öndər Heydər Əliyevin fenomenal liderliyi, Azərbaycanın İstiqlaliyyətinin qorunması və inkişafı üçün tarixi əhəmiyyətli addımlarından, həmçinin Heydər Əliyevin təhsil, mədəniyyət,aqrar və digər bütün sahələrə olan diqqəti və bu sahələrə yönəlik uzaqgörən siyasətini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıblar.
Tədbirin sonunda Ulu Öndrərin xatirəsinə həsr olunmuş “Azərbaycan naminə” filmi nümayiş olunub.
Tədbirin rəsmi hissəsindən sonra “Xəyal” sarayında Ulu Öndərin əziz xatirəsinə ehsan süfrəsi təşkil olunmuşdir.
Bəradər,
Zahir
"Atributinfo.az"
