Bunu "atributinfo.az"-a açıqlamasinda AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov deyib. O, əlavə edib ki, Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizədə birgə səylərin birləşdirilməsi əhəmiyyətini anlayır və bu məsələlərdə qlobal dünyanın yanındadır:
"Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişkənliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29- cu sessiyasının Bakıda keçirilməsi möhtərəm cənab Prezidentin, Azərbaycan dövlətinin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi kimi qiymətləndirilir. Digər COP-larla müqayisədə bizim hazırlıq zamanımız da qısa idi, lakin buna baxmayaraq dövlətimiz COP29-a sürətli hazırlıq işlərini görə bildi, dövlət qurumlarının hamısı üzərinə düşən işləri yüksək səviyyədə yerinə yetirdilər. Möhtərəm cənab Prezidentin hazırlıq işlərinə şəxsi nəzarəti və diqqəti hər kəs üçün məsuliyyət idi. Qonaqların hamısı bir ağızdan verdiyi müsahibələrdə 29- cu sessiyanın yüksək təşkilindən bəhs edirdilər.
Geniş miqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, ölkəmiz iqlim danışıqlarında tarixi nəticələr əldə etdi, kiçik ada dövlərinin problemlərinə inkişaf etmiş ölkələrin diqqətini cəlb edə bildi. Hamımız yüksək nəticələrə nail olan COP29-a görə qürurlanırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sosial şəbəkədəki rəsmi hesablarındakı paylaşımında qeyd etmişdir: “ Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçıların qatıldığı CPO29- un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.”
COP- da iştirak edən tərəflər iqlim maliyyəsi üzrə qəbul edilmiş qərara əsasən inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün ildə ayrılacaq 100 milyarddan 2035- ci ilədək azı 300 milyard dollara qədər yüksəldilməsi nəzərdə tutulub ki, bu da tarixi bir nəticədir.
Ölkə vətəndaşları olaraq bizlər inanırıq ki, Azərbaycanda keçirilən COP29 bu qəbildən olan COP- lar arasında xüsusi yerini tutacaq və tarixə düşəcəkdir."- İbrahim Cəfərov qeyd edib.
Bəradər Səməndərli
"Atributinfo.az"
