Sizin reklam burada
Sizin reklam burada
  • Könül İsmayılova: "Dövlətimiz və xalqımız üçün xeyirli olsun!" 

    Müasir Müsavat Partiyasının (MMP) Siyasi Şura və İdarə Heyətinin üzvü, Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi Könül İsmayılova prezident seçkilərində iştirak edib.
    Xanım siyasətçi 22 saylı Nəsimi 2-ci seçki dairəsinin 33 saylı məntəqəsində səs verib.
    K.İsmayılova seçkilərlə bağlı fikirlərini bölüşüb:
    "Suveren, bütöv Azərbaycanda Prezidenti seçkiləri keçirilir. Bu seçkilər öncəki seçkilərdən onunla fərqləndi ki, bu gün Xankəndi və Xocalıdan başlayaraq, işğaldan azad edilmiş digər bütün ərazilərimizdə də seçkimizi keçiririk. Elə bu sevinc və qürur hissi ilə də bu gün Ali Baş komandanımız İlham Əliyev cənablarına səs verdim. Dövlətimiz və xalqımız üçün xeyirli olsun!"
    Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.
    Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ