Rusiya parlamentinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib
Siyasət
8-12-2023, 21:54
168
Dekabrın 8-də ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Fedarasiya Şurası sədrinin birinci müavi Andrey Yatskinin başçılıq etdiyi nümyəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb. Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatları Rusiya ilə əlaqələr üzrə işçi qrupunun üzvləri Mixail Zabelin, Ağalar Vəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi