"Əfsuslar olsun ki, müharubədən 3 il keçməsinə rəğmən, hələ də sülh müqaviləsi imzalanmamış qalır. Barışığa mane olan əsas qüvvələr isə, Fransa başda olmaqla, bəzi Qərb dairələridir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkilinin sözlərinə görə, bir məsələ tam aydındır ki, Cənubi Qafqazda barışığın əldə olunması, həmin ölkələrin geosiyasi maraqları ilə ziddiyət təşkil edir:
"Onlar sadəcə, ermənilərdən bir alət kimi, Azərbaycan və qardaş Türkiyəyə qarşı təzyiq vasitəsi olaraq istifadə edirlər. Onlara lazımdır ki, regionda gərginlik ocağı sönməsin və zaman-zaman bundan yararlansınlar. Uduzan millətçilik xəstəliyindən sağala bilməyən erməni xalqıdır. Onlar tarixi proseslərdən düzgün nəticə çıxarmalıdırlar. Əks halda, daha ağır məğlubiyyətlər qaçılmazdır".
Millət vəkili hesab edir ki, bu tendensiya hələ uzun müddət davam edəcək:
"Çünki, "erməni məsələsinin" bir dəfəlik beynəlxalq gündəlikdən çıxarılması, qlobal güclərin marağında deyil. Onların yeni reallıqları qəbul edib, etməmələrindən asılı olmayaraq, biz müəyyənləşdirdiyimiz strategiya üzrə siyasətimizi davam etdirir, daha da güclənirik. Qoy ermənilər narahat olsun, 30 il də, ona-buna yalvarsın, ağlaşma qursunlar. Ayılıb görəcəklər ki, Ermənistanda erməni qalmayıb, boşalıb".