Rövşən Qasımlı,
Bakı şəhəri 39 saylı Notariat Ofisinin notariusu
Ali Baş Komandan, dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə Zəfər Gününün birinci ildönümü ərəfəsində Milli Məclis tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın qəbul olunması xalqımızın qələbə sevincinə əlavə sevinc qatıb. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə əsasını qoyduğu humanizm siyasətinin davamı olaraq qəbul edilmiş bu amnistiya aktı tətbiqi dairəsinin genişliyinə görə bütün digər belə aktlardan fərqlənir. Belə ki, o həm istintaq mərhələsində, həm də məhkəmədə olan işlərə şamil olunub. Bununla yanaşı, ədliyyə orqanları, o cümlədən penitensiar və probasiya xidmətləri tərəfindən amnistiya 15 minə qədər şəxsə tətbiq olunub. Ədliyyə Nazirliyi üzrə amnistiya aktının mütəşəkkil və dürüst icrasının təmini məqsədilə dərhal müvafiq əmr imzalanıb, onun icrasına gündəlik nəzarət təşkil olunub, bu barədə müraciətlərin çevik araşdırılması üçün monitorinq qrupu yaradılıb, digər konkret tədbirlər görülüb. Amnistiya aktının humanist mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə nazirliyin məsul əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib. Böyük ictimai marağa səbəb olan tədbirdə verilmiş açıqlamalar barədə KİV-lərdə və internet resurslarında 300-dək məlumat yayımlayıb.
Peşə bayramlarını qalib xalqın nümayəndələri kimi böyük qürur hissi ilə qeyd edən ədliyyə işçiləri tarixi Zəfər günlərini bizlərə yaşatdığına görə Prezidentə sonsuz minnətdarlıq və ehtiram ifadə edirlər. Qəti əminik ki, düşmənə endirilən “Dəmir yumruq” xalqımızın firavan gələcəyi naminə bundan sonra da ölkəmizə yeni-yeni möhtəşəm qələbələr qazandıracaq, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gündən-günə inkişaf edərək daha da möhkəmlənəcək.
Qələbənin yaxınlaşması üçün Vətən müharibəsi günlərində ədliyyə işçiləri də səylərini əsirgəməyiblər. Hərbi vəziyyət elan olunduqdan dərhal sonra Ədliyyə Nazirliyi gücləndirilmiş iş rejiminə keçmiş, fəaliyyətin digər hüquq-mühafizə orqanları və aidiyyəti təşkilatlarla sıx əlaqəndirilməsi, fövqəladə hallar barədə operativ məlumatlandırmanın təşkili, penitensiar müəssisələrin, informasiya resurslarının təhlükəsiz fəaliyyəti və onların mühafizəsi üzrə təxirəsalınmaz tədbirlər görülüb.
Həmçinin nazirliyin tibb xidmətinin həkimləri döyüş bölgəsinə ezam edilib, ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı hərbi xidmətə, o cümlədən könüllü kimi yollanaraq, yüksək vətənpərvərlik nümunəsi göstəriblər. Döyüşlərdə iştirak edən əməkdaşlarımız arasında təəssüf ki, yaralanan və qəhrəmancasına şəhid olanlar da var. Nazirlik tərəfindən onların hər birinin və ailə üzvlərinin qayğıları ilə maraqlanılaraq hərtərəfli dəstək göstərilir. Vətən müharibəsinə könüllü yollanaraq mərdlik və şücaət göstərib şəhid olmuş nazirliyin icra baş idarəsinin əməkdaşı Ruhin Xəlilovun xatirəsinə Ədliyyə Tarixi Muzeyində, əvvəllər işlədiyi yerli qurumlarda xüsusi guşələr yaradılıb, xidməti kabinetində muzey təşkil olunub. Şəhid ədliyyə işçisinin ailəsi və azyaşlı övladları qayğımızla əhatə olunub, onun həyat yoldaşı ədliyyə orqanlarına işə qəbul edilib.
Ədliyyə işçiləri və hakimlər müharibənin ilk günlərindən ordumuza, yaralılarımıza və şəhid ailələrinin qayğılarına dəstək məqsədilə könüllü olaraq 4,5 milyon manatdan çox, o cümlədən peşə bayramı ərəfəsində “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına ianələr edib, yüzlərlə əməkdaş qanvermə aksiyalarında iştirak ediblər. Ölkəmizə qarşı hərbi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Ermənistanın beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunmasının təşviqi istiqamətində də Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü işlər həyata keçirilib, Azərbaycan, ingilis və rus dillərində “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılaraq daim zənginləşdirilib, müxtəlif saytlara inteqrasiyası təmin olunub. Bu platformadan çoxminli istifadəçi yararlanıb. Nazirlik tərəfindən, həmçinin 80-ə yaxın ölkənin Ədliyyə nazirliklərinə, xarici tərəfdaşlara və nüfuzlu beynəlxalq təşkilata ümumilikdə 450-dək məktub göndərilib, xarici ölkələrin səfirləri ilə görüşlər təşkil olunub, ərazilərimizin işğalı, erməni vandalizmi, müharibə cinayətləri, azərbaycanlıların etnik təmizləməyə və soyqırımına məruz qalması vurğulanıb, xalqımızın haqlı mövqeyi diqqətə çatdırılıb. Avropa Şurası ədliyyə nazirlərinin konfransında ermənilərin insanlıq əleyhinə və müharibə cinayətləri təfsilatı ilə Avropa Şurası Baş katibinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər ixtisaslaşmış qurumların rəhbərlərinin, habelə Avropa İttifaqı ədliyyə komissarının və bütün üzv dövlətlərin ədliyyə nazirlərinin diqqətinə çatdırılıb.
Müharibə dövründə nazirlik, həmçinin cəbhəboyu rayonların sakinləri üçün də yardımlar təşkil etmiş, onların qayğılarına xüsusi həssaslıqla yanaşılaraq videoformatda qəbullar keçirilib, qaldırılan məsələlərin dərhal həll edilməsi üzrə tədbirlər görülüb.
Bayramınız mübarək, əziz həmkarlar!