Milli Məclisin deputatları Latviyaya səfər edəcəklər
Siyasət
9-10-2023, 12:31
234
Milli Məclisin deputatları - Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və Məlahət İbrahimqızı oktyabrın 9-da Latviya Respublikasının paytaxtı Riqa şəhərinə səfər edəcəklər. Deputatlar səfər çərçivəsində Latviya parlamentində keçiriləcək bir sıra ikitərəfli görüşlərdə iştirak edəcəklər. Səfər oktyabrın 12-də başa çatacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi