Ən başlıcası isə görülən bütün bu işlər, aparılan bərpa-quruculuq prosesi xarici qrant və yardımlar hesabına deyil, yalnız daxili imkanlar hesabına həyata keçirilir."
Bu fikirləri "atributinfo.az"-a açiqlamasında
YAP Saatlı Rayon təşkilatının sədri Lütvəli Şıxəliyev deyib. O, əlavə edib ki, bütün bu müsbət göstəricilər isə bütövlükdə dövlət tərəfindən siyasi-iqtisadi kursun düzgün istiqamətdə aparıldığını, mükəmməl idarəetmə mexanizminin yaradıldığını nümayiş etdirir:
"Çox təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər."- Lütvəli Şıxəliyev vurğulayıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
