Sizin reklam burada
Sizin reklam burada
  • Prezident İlham Əliyev: Azərbaycan-Mərakeş əlaqələri xoş ənənələrə malikdir

    Azərbaycan-Mərakeş əlaqələri xoş ənənələrə malikdir.
    Atributinfo.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə Kral VI Məhəmmədə ünvanladığı təbrik məktubunda ifadə edib.
    “Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”, - deyə dövlətimizin başçısı bildirib.
    Azərbaycan Prezidenti Mərakeş Krallığının milli bayramı münasibətilə Kral VI Məhəmmədi və onun simasında qardaş Mərakeş xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib, ən səmimi arzularını çatdırıb.
    ***
    Qeyd edək ki, Prezident İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədə təbrik məktubu göndərib.
    Məktubda deyilir:
    "Əlahəzrət,
    Əziz Qardaşım,
    Mərakeş Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.
    Azərbaycan-Mərakeş əlaqələri xoş ənənələrə malikdir. Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ